Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Dik Advokat 2012-ci il Avropa çempionatından sonra istefa verəcək.
Bu barədə hollandiyalı mütəxəssisin özü “Sport-Ekspress” qəzetinə açıqlama verib.
Hələlik istefa səbəbini demək istəməyən Advokat qərarının maliyyə şərtlərindən qaynaqlanmadığını bildirib.
Qeyd edək ki, Dik Advokatın Rusiya Futbol Federasiyası ilə müqavilə müddəti iyulun 15-də başa çatır. Onun Hollandiya PSV-sinə rəhbərlik edəcəyi bildirilir. Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən biri Azərbaycan milli komandasıdır.
Xəbər: lent.az