Anatoli Bışovets vaxtilə baş məşqçisi olduğu Rusiya milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
Korner.az-ın məlumatına görə, Anatoli Bışovets qalan 4 oyunda 4 qələbə qazanan millisinin nəticəsini uğurlu sayır.Bışovets Azərbaycan millisinin Rusiya ilə səfər matçına da toxunub:
“Yalnız Portuqaliya ilə oyunumuz bərabər səviyyədə keçdi. İsraillə qarşılaşma çox asan alındı. Azərbaycan və Şimali İrlandiya ilə görüşlər də isə yığmamız rəqibi bir az qiymətləndirmirdi”.