Uruqvay qrupu lider kimi başa vurdu, İspaniya və Portuqaliya 1/8 finalda
25.06.2018 , 19:52

Bu gün dünya çempionatının qrup mərhələsində son tura start verilib.
A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcəklər.
İlk olaraq A qrupunun komanları mübarizəyə qoşulublar. Bu qrupda pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. 2 turdan sonra xal itirməyən Rusiya və Uruqvayın mübarizəsində qrup qalibinin adına aydınlıq gələcək.
Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı – Misir matçında isə sevinən tərəf qrupu üçüncü pillədə başa vuracaq.
Ardınca B qrupunun kollektivləri mübarizə aparacaqlar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var. Əsas diqqətlər İran – Portuqaliya matçına yönələcək. Bu görüşdə qalib gələn tərəf pley-off adlayacaq. Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edir.
İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq.
DÇ-2018
25 iyun
A qrupu
18:00. Uruqvay – Rusiya – 2:0
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. “Samara Arena”
18:00. Səudiyyə Ərəbistanı – Misir – 2:1
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. “Volqoqrad Arena”
B qrupu
22:00. İran – Portuqaliya 1:1
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. “Mordoviya Arena”
22:00. İspaniya – Mərakeş 2:2
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu
