Rusiya millisinin üzvü “Başakşəhər”də
01.02.2019 , 10:07

Türkiyənin “Başakşəhər” klubu növbəti transferini rəsmiləşdirib.
İstanbul təmsilçisi Rusiyanın “Rubin” klubundan ayrılan Fyodor Kudryaşovu rənglərinə bağlayıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rusiya millisinin üzvü olan 31 yaşlı sol cinah müdafiəçisi “Spartak”, “Tom”, “Krasnodar”, “Terek”, “Rostov” kimi klublarda çıxış edib.
