Rusiya millisinin müdafiəçisi Dmitri Kombarov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşmanı şərh edib.
Korner.az-ın məlumatına görə, Kombarov portuqaliyalıların oyuna daha çox nəzarət ediyini bildirib: "Onlar topu idarə edirdilər, biz daha çox geri çəkilirdik. Doğrusu, daha çox müdafiə barədə düşünürdük Çünki qələbə hesabını qoruyub saxlamaq lazım idi. Ümumilikdə oyun çox ağır keçdi.
Bu qələbədən sonra millinin özünə olan inamı artıb. Düşünürəm ki, Azərbaycanla da oyuna bu cür əhval-ruhiyədə çıxacağıq".
