Rusiya millisinin baş məşqçisi Leonid Slutski vəzifəsindən gedib.
Korner.az-ın məlumatına görə, bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Vitali Mutko məlumat verib.
45 yaşlı mütəxəssislə görüş keçirən Mutko Slutskinin bundan sonra yalnız klubda çalışmaq istədiyini bildirib:
“Slutski bundan sonra klubda işləmək istədiyini dedi. O, həmçinin bildirdi ki, yığmaya kömək etməyə hər zaman hazırdır. Lakin o yığmanın baş məşqçi vəzifəsindən getməyə qərar verdi”.
