AVRO-2016 öncəsi Rusiya millisi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, şimal qonşumuzun heyətində İqor Denisov zədələnib. Serbiya ilə yoxlama oyununda zədələnərək meydanı tərk edən Denisov Avro-2016-nı buraxmalı olacaq.
Bunu matçdan sonra Rusiya millisinin çalışdırıcısı Leonid Slutski deyib.
Denisovu “Zenit”in yarımmüdafiəçisi Artur Yusupovun əvəzləyəcəyi bildirilir.
