Azərbaycan milli komandasının və "Xəzər Lənkəran"ın aparıcı futbolçusu Ruslan Abışov “Rubin”in oyunçusu kimi təqdim olunub.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın futbolçusu hal-hazırda Kazan klubunun düşərgəsindədi və müdafiəçinin yaxın günlərdə "Rubin"lə müqavilə imzalayacağı gözlənilir.
Rusiyanın "sovsport.ru" saytı isə artıq Abışovu "Rubin"in futbolçusu kimi təqdim edib. Saytın klubların qış transferləri bölməsində futbolçumuz “Rubin”ə “gələnlər”in siyasına salınıb.
