Rusiya klubunda baş məşqçi ayrılığı
25.02.2025 , 17:19

“Rostov”un baş məşqçisi Valeri Karpin komandadan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həm də Rusiya millisini çalışdıran 55 yaşlı mütəxəssis iki işin çətinliyinə görə Premyer Liqa klubunu tərk edib.
“Rostov” hazırda 18 turdan sonra turnir cədvəlində 26 xalla 7-ci pillədə qərarlaşıb.
