Rusiya klubu azərbaycanlı futbolçunun müqaviləsini uzatdı
29.05.2020 , 20:14
Rusiyanın “Ufa” klubu mayın 31-də sözləşməsi başa çatan bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onların arasında azərbaycanlı futbolçu Azər Əliyev də var. Əliyevlə yanaşı Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək “Ufa”da qalacaq.
Qeyd edək ki, Rusiya Premyer Liqası iyunun 21-də bərpa olunacaq.