Dünya Futbolu

Rusiya Futbol İttifaqının prezidenti vəzifəsindən getdi

19.12.2018 , 16:38

Vitali Mutko Rusiya Futbol İttifaqının prezidenti vəzifəsindən ayrılıb.

Bu barədə qurumun rəsmi “Tvitter” səhifəsi məlumat yayıb. Onun yerinə əsas namizədlərin “Zenit”in direktorlar şurasının sədri Aleksandr Dyukov və “Rusiya 2018” təşkilat komitəsinin baş direktoru Aleksey Sorokinin olduğu bildirilib.

Qeyd edək ki, Mutko 2017-ci ilin dekabrından qurumun prezidenti vəzifəsində öz fəaliyyətini dondurmuşdu. Onun vəzifəsini indiyə kimi Aleksandr Alayev icra edir.

Rusiya Futbol İttifaqının prezidentliyinə yeni seçkinin 2019-cu ilin fevralın 22-də keçiriləcəyi bildirilir.

Son yazılar

Yuxarı