5 komanda 1/8 finalda
22.06.2021 , 01:00

AVRO-2020-nin qrup mərhələsi davam edir.
Korner.az xəbər verir ki, 11-ci oyun günündə nəzərdə tutulan 4 qarşılaşmadan 2-si başa çatıb.
C qrupunda 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gələrək qrupu 1-ci pillədə tamamlayıb. Niderland “pley-off”da D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Bu qrupun digər görüşündə isə Avstriya Ukraynanı 1:0 hesabı ilə məğlub edərək qrup 2-cisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə A qrupunun 1-cisi İtaliya ilə üz-üzə gələcək.
AVRO-2020
III tur
21 iyun
C qrupu
20:00. Ukrayna – Avstriya – 0:1
20:00. Şimali Makedoniya – Niderland – 0:3
B qrupu
23:00. Rusiya – Danimarka – 1:4
23:00. Finlandiya – Belçika – 0:1
