Rusiya Premyer Liqasında 2015/2016 mövsümünün qalibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, CSKA klubu son turda çempionluğunu rəsmiləşdirib.
Səfərdə “Rubin”in qonağı olan Moskva təmsilçisi Alan Dzaqoyevin 19-cu dəqiqədə vurduğu qolla rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bununla da, turnir cədvəlində ən yaxın izləyicisi “Rostov”u 2 xal qabaqlayan CSKA çempionatın qızıl medallarına yiyələnib.
