Rusiya çempionatının bərpa tarixi açıqlandı
28.04.2020 , 20:23

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqası iyun ayında bərpa oluna bilər.
Korner.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, çempionatın iyunun sonunda bərpa edilməsi, avqusta qədər başa çatdırılması nəzərdə tutulub.
