Rusiya 1-ci divizionu sayılan FNL-də yeni rekord qeydə alınıb.
Korner.az-ın məlumatına görə, Valeri Karpinin çalışdırdığı Armavir “Torpedo”su keçirdiyi 5-ci görüşdə də qolsuz bərabərliyə imza atıb.
Bu, Rusiya futbol tarixində bir ilkdi ki, bir komanda ardıcıl 5 oyunda nə qol vurur, nə qol buraxır, nə qalib gəlir, nə də məğlub olur. 5 turdan sonra “Torpedo” 5 xalla 15-ci pillədədi.
