DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərində keçiriləcək Rusiya – Azərbaycan oyununun stadionu dəyişdirilib. Korner.az- ın AFFA-nın rəsmi saytına istinadən məlumatına gorə, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, "Lokomotiv" stadionunda deyil, "Lujniki" stadionunda keçiriləcək. Rusiya Futbol İttifaqı bu dəyişikliyin səbəbi kimi "Lokomotiv" stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını göstərib.
