Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Rusiya yığması ilə səfərdə keçirəcəyi oyunun stadionu və başlanma vaxtı müəyyənləşib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma bu il oktyabrın 16-da, yerli vaxtla saat 19:00-da, Moskva şəhərindəki "Lokomotiv" stadionunda keçiriləcək.
