Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin Rusiya – Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, qarşılaşma belçikalı hakim Paskal Lemala həvalə olunub. Ona finlandiyalı referi Timo Onatsu kömək edəcək. Üçüncü hakim funksiyasını isə xorvaityalı Saşa Tomiç yerinə yetirəcək.
Qeyd edək ki, Rusiya – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
