Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib.
Korner.az-ın məlumatına görə, bu barədə “Ves Sport” xəbər yayıb.
EOK-un İcraiyyə Komitəsi 2015-ci ilin noyabrında bəyan etmişdi ki, Rusiya 2019-cu il Avropa Oyunlarının keçirilməsinə yeganə namizəddi. İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib:
“Ölkəmizdə 2019-cu ilin heç bir Avropa Oyunları olmayacaq. Əvvəla, Rusiyada böyük idman yarışlarının təqvimi artıq çoxdan yazılıb. İkincisi, belə böyük yarışların keçirilməsinə ərizə verməyin məqsədəuyğun olmadığı bir sıra səbəblər var – bu, həm cari iqtisadi, həm də siyasi vəziyyətdi”, – deyə, nəşr Mutkonun sözlərindən sitat gətirib.
