Qadın voleybolçuların qitə birinciliyi başa çatdı.
Korner.az-ın məlumatına görə, xəbər verir ki, bir neçə dəqiqə əvvəl yekunlaşan final qarşılaşmasından sonra çempionun adı bəlli oldu. Avropanın ən güclüsü adını Rusiya millisi qazandı. Meydan sahiblərini 3:1 hesabıyla məğlub edən şimal qonşularımız 12 illik fasilədən sonra yenidən qızıl medala sahib çıxıblar. Almaniya yığması isə möhtəşəm azarkeş dəstəyi ilə 1 setdən artığını bacarmadı və ardıcıl ikinci dəfə finalda məğlubiyyətlə üzləşdi.
Qeyd edək ki, bu görüşdən əvvəl üçüncülük uğrunda Serbiya və Belçika mübarizə aparıblar. Gözlənilməz də olsa, belçikalılar son Avropa çempionunu 5 setlik çətin keçən oyunda üstələməklə bürünc medala sahib çıxıblar.
Bürünc medal uğrunda oyunun nəticəsi
Belçika – Serbiya 3:2 (23:25, 25:21, 28:26 21:25, 15:11)
FİNAL
Almaniya – Rusiya 1:3 (23:25, 25:23, 23:25, 14:25)
