Türkiyədə xeyli sayda pərəstişkarı olan rus tennisçi Mariya Şarapovaya evlənmə təklif edilib.
Korner.az-ın məlumatına görə, rus tennisçi son oyunu üçün tennis meydançasına daxil olan kimi sürprizlə qarşılaşıb. Şarapovanın heyranı olan bir azarkeş tribunada “Şarapova mənimlə evlənərsən?” yazılı plakat nümayiş etdirib.
Turnirin ilk günündə qarşılaşdığı bu sürprizə təəccüblənən Şarapova azarkeşinin təklifini təbəssümlə qarşılayıb.
