Tennis üzrə rusiyalı olimpiya çempionu , “Spartak” klubunun azarkeşi Yevgeni Kafelnikov Rusiya millisinin Avro-2016-nın pley-off mərhələsinə çıxa bilməyəcəyini düşünür.
Korner.az-ın məlumatına görə, bu barədə o, tvitter hesabında yazıb.
“Qəbul etmək nə qədər çətin olsa da, Rusiya qrupdan çıxa bilməyəcək”, – deyə o qeyd edib.
Rusiya millisi İngiltərə, Uels və Slovakiya ilə bir qrupda mübarizə aparacaq.
