Fransa 2-ci Liqasını çempion kimi tamamlayaraq əsas liqada yarışmaq hüququ qazanan “Monako” supertransfer etməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, “Monako”nun sahibi, rusiyalı milyarder Dimitri Rıybalov yeni mövsüm üçün iddialı komanda qurmağa hazırlaşır. Məhz bu səbəbdən sözügedən kluba supertransferlərin olacağı da istisna edilmir.
Fransanın “L’Equipe’te” qəzetinin yaydığı xəbərə görə, “Monako” “Mançester Siti”nin ulduz futbolçusu Karlos Tevezlə anlaşıb. Qalır yalnız rəsmi müqavilə. Fransa təmsilçisinin argentinalı futbolçu üçün illik 10 milyon avro təklif etdiyi bildirilir.