AVRO-2012-də A qrupunda yer alan Rusiyaya Yunanistan ilə oynanılacaq matçda böyük azarkeş dəstəyinin gələcəyi bildirilir.
Korner.az-ın məlumatına görə, Şimal qonşularımızdan Polşaya 20.000 azarkeşin axın edəcəyi yayılan xəbərlər arasındadır.
Qeyd edək ki, A qrupunun ikinci matçında Polşa və Rusiya millilərinin oyununda əvvəl azarkeşlər arasında dava yaranmışdı. "Bura Rusiyadır" plakatları açan 186 azarkeş polis məntəqəsinə aparılmış, Şimal qonşularımıza isə, gələn turnirdə 6 xalının silinməsi cəzası verilmişdi.
