Runi rəsmən “Derbi Kaunti”də
02.01.2020 , 17:19

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi özünə yeni klub tapıb.
Korner.az xəbər verir ki, futbolçu “Derbi Kaunti”yə keçib. Onunla 1,5 illik müqaviləyə imza atılıb.
Runi, “Derbi Kaunti”də oynayan-məşqçi kimi çalışacaq. O, baş məşqçi Filip Kokunun köməkçisi olacaq.
Xatırladaq ki, futbolçu karyerası ərzində “Everton” və “Mançester Yunayted” kimi klubların şərəfini qoruyub.
