Runi Premyer Liqanın ən yaxşı beş futbolçusunu seçdi
03.11.2025 , 19:33
“Mançester Yunayted” və İngiltərə yığmasının sabiq futbolçusu Ueyn Runi Premyer Liqanın bu mövsümdə ən yaxşı performans göstərən beş oyunçusunu müəyyənləşdirib.
Korner.az xəbər verir ki, Runi öz siyahısına bu adları daxil edib: Fil Foden, Koul Palmer, Bukayo Saka, Kaysedo və Məhəmməd Salah.
Qeyd edək ki, 10 turdan sonra “Arsenal” 25 xalla liderlik edir. “Mançester Siti” 19 xalla ikinci, “Liverpul” isə 18 xalla üçüncü yerdə qərarlaşıb.