“Mançester Yunayted”in aparıcı qüvvəsi Ueyni Runi komandanın gələcək planlarından bəhs edib.
Korner.az xəbər verir ki, ingilis futbolçu yeni baş məşqçiləri Lui van Qal barəsində də söhbət açıb: “Meydana çıxıb özümüzü van Qala sübut etməliyik. Hər kəs bizim hansı keyfiyyətə malik olduğumuzu görəcək”.
