İngiltərə yığmasının keçmiş futbolçusu Qari Lineker “Mançester Yunayted”in hücumçusu Ueyn Runi haqda xoş sözlər işlədib.
Korner.az-ın məlumatına görə, Lineker Runinin dahi futbolçu olduğuna şüphə etmir:
“Runi İngiltrə millisinin tarixinə keçməyə layiq futbolçudu. O, 40-dan çox qola imza atıb. Doğrudu, 2004-cü il Avropa çempionatı istisna olmaqla onun böyük turnirlərdə bir o qədər də uğurları yoxdu. Buna səbəb ya komandanın, ya da futbolçunun hazır olmaması idi. Hər halda Runinin möhtəşəm futbolçu olduğuna şüphə etmirəm”
Qeyd edək ki, Ueyn Runi İngiltərə yığmasının heyətində 43 dəfə fərqlənməyi bacarıb.
