İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in futbolçusu Ueyn Runi ilə Çin klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Telegraph” xəbər yayıb.
İddia edilir ki, Çinin “Pekin Guoan” və “Guangzhou Evergrande” klubları ingilis oyunçuya illik 40 milyon avro təklif etməyə hazırlaşır.
Çində transfer dönəmi fevralın sonunda bitəcək. Buna görə də, 31 yaşlı futbolçunun fevralın axırına qədər Çin klubuna keçmə ehtimalının olduğu bildirilir.
Xatırladaq ki, Runi bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 29 oyuna 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
