Runi istefaya göndərildi
01.01.2025 , 09:10
İngiltərənin “Plimat Arqayl” klubu baş məşqçi Ueyn Runi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Çempionşip təmsilçisi 39 yaşlı mütəxəssislə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.