Runi İngiltərə klubunda
06.08.2019 , 18:25

“Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi İngiltərəyə qayıdıb.
Korner.az xəbər verir ki, 33 yaşlı futbolçu Çempionşip təmsilçisi “Derbi” ilə 1,5+1 illik müqavilə bağlayıb. Runi komandada oynayan-məşqçi kimi fəaliyyət göstərəcək. O komandaya 2020-ci ilin yanvar ayında qoşulacaq.
Qeyd edək ki, Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Futbolçu 2018-ci ildə “Everton”dan “Di Si Yunayted”ə keçmişdir.
