“Mançester Yunayted”in hücumçusu Ueyn Runi gələcək karyerası ilə bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, 30 yaşlı futbolçu İngiltərənin başqa klubunda oynamaq niyyətində olmadığını deyib.
“Manxester Yunayted”də xoşbəxtəm və əmin ola bilərsiniz ki, İngiltərədə başqa klubda oynamaram”, – deyə Runi bildirib.
“Qırmızı şeytanlar”a 2004-cü ildə keçən Ueynin müqaviləsi 2019-cu ildə bitəcək.
