Runi Bardqi üçün Premyer Liqa variantı
08.12.2025 , 12:18
“Barselona”nın vingeri Runi Bardqi Premyer Liqaya transfer ola bilər.
Korner.az xəbər verir ki, “Lids” 20 yaşlı hücumameylli futbolçunu qış transfer dönəmində icarəyə götürmək variantını dəyərləndirir.
Lakin keçidin reallaşması asan görünmür. Bardqinin La Liqanın son turunda “Betis” üzərində 5:3 hesablı qələbə ilə nəticələnən matçda start heyətində yer alması prosesi çətinləşdirir. Gənc futbolçu həmin görüşdə 68 dəqiqə meydanda olub, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
İsveçli vinger bu mövsüm bütün turnirlərdə ümumilikdə 10 oyuna çıxıb, 1 qol və 2 assistlik göstəriciyə sahibdir.