Almaniya 3-cü Liqasında 19-cu turun oyunları keçirilib.
Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Zviçkau” ilə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Rüfət zədə səbəbindən bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, Dadaşovun komandası 19 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.
