Rüfətsiz “Proyssen” darmadağın oldu
08.12.2018 , 20:28

Almaniyanın üçüncü bundesliqasında 18-ci turun oyunları keçirilir.
Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” bu tur səfərdə “Karlsrue”nin qonağı olub. Münster təmsilçisi rəqibinə 0:5 hesabı ilə uduzub. Rüfət zədə səbəbindən oyunu buraxıb.
Qeyd edək ki, “Proyssen” hazırda 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
