Rüfətin komandası səfərdə məğlub oldu
24.04.2023 , 11:57
Almaniyanın Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” səfərdə “Videnbrük”lə qarşılaşıb.
Dadaşovun komandası bu görüşdə məğlub olub – 1:4.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda “Şalke”nin ikinci komandası turnir cədvəlində 45 xalla 9-cu pillədə yer alıb.