Rüfət qol vurdu, komandası məğlub oldu
07.08.2023 , 13:13

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 2-ci turunda “Altqlinikke” ilə qarşılaşıb.
Matç “Dinamo”nun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşün 37-ci dəqiqəsində komandasının yeganə qolunu məhz Dadaşov vurub.
