Rüfət üçün 18 dəqiqə
01.12.2019 , 12:02

Almaniya 3-cü Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” “Manhaym”la üz-üzə gəlib. Rüfətin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
Münster klubu hazırda 13 xalla 19-cu pillədə qərarlaşıb.
