Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Ağsu”nu məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı.
Korner.az-ın məlumatına görə, “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev oyundan sonra öz fikrilərini bildirib:
“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Bizim qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda az oynamaq şansı qazanan futbolçulara etimad göstərək. Bizim üçün yaxşı bir imtahan oldu. Səhvlərimizin üzərində işləməliyik. Futbolçulardan narazılığım yoxdur. Hər şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib olanda biri də məğlub olmalıdır”.
