Rüfət Dadaşovdan növbəti qol
27.09.2020 , 15:25

ABŞ II Liqasında XIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Feniks Rayzinq” evdə “Oranj Kaunti”yə 1:0 hesabı ilə qalib gəlib.
Dadaşov da bu görüşün içtirakçısı olub. O, starr heyətdə meydana çıxıb və sona qədər oynayıb. Matçda yeganə qolun müəllifi də o olub. Bununla da Rüfət hazırkı mövsümdə vurduğu qolları sayını 11-ə çatdırıb.
“Feniks Rayzinq” hazırda 29 xalla B qrupunda liderdi.
