Rüfət Dadaşovdan dubl
05.02.2022 , 22:47
Almaniyanın Qərb Regional Liqasında XIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası səfərdə “Vegberq Beek”ə qalib gəlib – 4:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk iki qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 12 və 36-cı dəqiqələrdə fərqlənib.
“Şalke-2” bu nəticədən sonra 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.