Rüfət Dadaşova heyətdə yer yoxdur
19.02.2019 , 14:08

Almaniyanın “Proyssen” klubunun baş məşqçisi Marko Antverpen III Bundesliqanın XXIV turunda “Osnabrük”ə qarşı matçdan (0:0) danışıb.
Mütəxəssis Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun niyə az oynadığına aydınlıq gətirib: “Bizim birinci ötürməni qəbul edən, topları paylayan və divar funksiyasını yerinə yetirən hücumçumuz yoxdu. İndi bununla maraqlanmalıyıq. Yenidən qələbələr qazanmaq üçün özünəinamı qaytarmalıyıq. Bizdə Akono kimi qüvvətli, qol vurmağı bacaran qolçu var. Həmçinin Hoffmann sürətli futbolçudu. Bu üzdən “Osnabrük”lə görüşdə Dadaşova yer yox idi”.
