Rüfət Dadaşov: “Yalnız telefon vasitəsilə əlaqə saxlayırıq”
21.03.2020 , 18:31

ABŞ-ın “Feniks Rizinq” klubunun şərəfini qoruyan Rüfət Dadaşov açıqlama verib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü koronavirus pandemiyasından danışıb:
“Hazırda hansısa məşqdən söhbət belə gedə bilməz. Almaniyadakı kimi, artıq heç bir məşq keçirilmir. Futbolçular evdə məşq etməklə, formada qalmağa çalışırlar. Supermarketlərdə demək olar ki, hər şey satılıb, sadəcə, boş rəflər var. Komanda ilə yalnız telefon vasitəsilə əlaqə saxlayırıq, evdən çıxmamağa çalışırıq. Bu, dəlilikdi.
Ümid edirəm ki, hər kəs sağlam qalmağı bacaracaq. Harda yaşamağımızdan asılı olmayaraq, bu xəstəliyə qalib gəlmək üçün əlimizdən gələni etməliyik”.
