Rüfət Dadaşov Vyetnam klubunda
26.12.2019 , 11:07

Millimizin və Almabiyanın “Proyssen” klubunun futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.
Korner.az-ın məlumatına görə, hücumçu ölkənin yüksək liqa təmsilçisi “Nam Din”ə keçir. Bu barədə Vyetnam mətbuatı xəbər yayıb.
“Nam Din” Vyetnam çempionatında başa çatan mövsümü 31 xalla 14 komanda arasında 11-ci sırada tamamlayıb.
Qeyd edək ki, Rüfət Dadaşovun Almaniya klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatırdı.
