Rüfət Dadaşov start heyətdə
22.12.2018 , 18:45

Milli komandamızın üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” 3-cü bundesliqanın 20-ci turunda bu gün doğma meydanda “Fortuna Köln”ü qəbul edəcək.
Artıq zədəsini sağaldan azərbaycanlı hücumçu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunun ilk dəqiqələrindən meydanda olacaq. Komandanın baş məşqçisi Marko Antverpen zədədən yenicə qayıtmasına baxmayaraq, 28 yaşlı forvardın adını görüşün start heyətinə daxil edib.
Qeyd edək ki, hazırda 7 qolla komandanın bombardiri olan Dadaşov zədə səbəbindən son 3 oyunu buraxıb.
