Rüfət Dadaşov ABŞ liqasında het-trikə imza atdı
08.03.2020 , 12:14

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubunda rəsmi debütü uğurlu alınıb.
Korner.az xəbər verir ki, komanda yeni mövsümdə ilk turda öz meydanında “Portland 2” ni darmadağın edib – 6:1.
Dadaşov start heyətində meydana çıxaraq het-trikə imza atıb. O, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənib.
