Almaniyanın Cənub Regional Liqasında 17-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun forma geyindiyi “Saarbryüken” doğma meydanda “Vormatiyu Vorms” klubu ilə qarşılaşıb.
“Saarbryüken” minimal hesablı məğlubiyyətlə üzləşib. Rüfət bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası 17 turdan sonra 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
