Rüfət ABŞ klubu ilə müqaviləni uzatdı
16.11.2020 , 16:56

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın “Feniks Rayzinq” klubu ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, futbolçu ilə yeni sözləşmənin müddəti 2021-ci ilin sonuna qədərdir. Əvvəlki müqavilənin müddəti isə bu ayın sonunda bitəcəkdi.
Qeyd edək ki, Rüfət geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
