Rüfət ABŞ-da həftənin oyunçusu seçildi
11.03.2020 , 10:14

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL çempionatında mövsümün ilk turunun ən yaxşı futbolçusu seçilib.
“Finiks Rayzinq”də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. O, həftənin rəmzi komandasında da yer alıb.
Xatırladaq ki, Rüfət Dadaşov 1-ci turda – yeni komandasında rəsmi debüt matçında “Portlend Timbers”ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib.
