“Lill” və “Roma” klublarının keçmiş çalışdırıcısı Rudi Qarsiya “Sevilya”nın növbəti baş məşqçisi ola bilər.
Korner.az-ın məlumatına grə, ispan klubunun rəhbərliyi fransız mütəxəssislə danışıqlara başlayıb.
Artıq yaxın günlərdə razılıq əldə edilə bilər. “Sevilya”nın hazırki baş məşqçisi Unai Emeri isə rəhbərliyə PSJ-dən təklif aldığını bildirib və komandadan gedəcəyini çatdırıb.
Məhz bu səbəbdən də Andalusiya klubu Emeriyə əvəz axtarmağa başlayıb.
